02 dekabr

Starmer: Çin Britaniyanın milli təhlükəsizliyinə təhdid yaradır

Böyük Britaniyanın Baş naziri Kir Starmer Çini ölkənin milli təhlükəsizliyinə təhdid adlandırsa da, Pekinlə əməkdaşlığı müdafiə edib. Təhlil.az xəbər verir ki, Baş nazir bildirib:

"Ciddi yanaşma vaxtı gəldi. Biz "Qızıl dövr" və ya "Buz dövrü" kimi sadə ikili seçimi rədd etməli və özümüzü qoruyarkən bir ölkə ilə işləməyin və ticarət etməyin mümkün olduğunu qəbul etməliyik".

Eyni zamanda, o, əminliklə deyib ki, Pekinlə əməkdaşlığa baxmayaraq, Britaniya bütün casusluq cəhdlərini və qanunsuz kiber fəaliyyətləri də yatıracaq, Rusiya ilə əməkdaşlıq edən Çin qaz və neft şirkətlərinə sanksiyalar tətbiq edəcək və insan haqlarının pozulmasını ifşa edəcək.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?