02 dekabr

Fransız əsgərləri Ukraynaya göndərilməkdən narazıdır

Fransada hərbi xidmətə yeni başlayanlar arasında Ukraynaya göndərilmək ehtimalı ciddi narahatlıq doğurur. Bu barədə yerli qəzet yazır.

Nəşrə danışan, hərbi akademiyanı yeni bitirmiş fransız leytenantı bildirib ki, əsgərlər Rusiya ilə müharibədə iştirak etmək riskini real hesab edirlər:

“Ukraynaya göndərilmə riski var. Nə vaxt olacağını bilmirəm, amma şübhəm yoxdur ki, sonda ora gedəcəyik. Açığı, itkilər çox böyük olacaq”, – leytenant deyib.

Onun sözlərinə görə, Ukraynada onları “qırğın” gözləyir və o, sülhməramlı missiyalara qarşı olmasa da, “Rusiya ilə müharibədə döyüşmək üçün qeydiyyatdan keçmədiyini” vurğulayıb.

Məqalədə qeyd olunur ki, Fransa Silahlı Qüvvələri son aylarda Ukraynadakı döyüş şəraitinə bənzər ssenarilər üzrə təlimləri artırıb. Orduda səngər müharibəsi, elektron müharibə metodları və dronlardan istifadə ilə taktiki məşqlər genişləndirilib. Bundan əlavə, Ukrayna qoşunları ilə birgə təlimlərin də sayı artmaqdadır.

Rəsmi Paris hələlik Ukraynaya qoşun göndərmək barədə qərar verməyib, lakin təlimlərin intensivləşməsi mövzu ətrafında müzakirələri gücləndirir.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?