02 dekabr
Paşinyan hakim partiya üçün yeni etik kodeks elan etdi

Ermənistanın Baş naziri sosial mediada hakim partiyanın üzvləri üçün "yeni standartlar" və davranış modelləri müəyyən edən Vətəndaş Müqaviləsi Partiyası üçün etik kodeksin qəbul edildiyini elan edib.
Təhlil.az xəbər verir ki, onun sözlərinə görə, bundan sonra onlar təhqirlərə və ya ədəbsiz ifadələrə təhqirlə cavab verməməlidirlər.
"Bu yeni davranış zəiflik əlaməti deyil, "davranış kodeksinin ən yaxşı standartlarına sadiqlik"dir" - deyə, Paşinyan bildirib.
Əvvəllər həm Baş nazirin, həm də onun komandasının üzvlərinin sərt sosial media paylaşımları dəfələrlə mənfi ictimai reaksiyalara səbəb olub.
Dünən
Dünən