02 dekabr

Ağ Ev: ABŞ üçün təhlükə yaradan bəzi qanuni miqrantların vizaları ləğv edilib

ABŞ dövlət katibi Marko Rubbio və Dövlət Departamenti ölkəyə qanuni şəkildə daxil olmuş, lakin milli təhlükəsizlik üçün riskli hesab edilən bir sıra şəxslərin vizalarını ləğv edib.

Təhlil.az xəbər verir ki, bu barədə məlumatı Ağ Evin mətbuat katibi Kerolayn Levit “Fox News” telekanalına müsahibəsində açıqlayıb.

“Rubbio səlahiyyətlərindən istifadə edərək buraya qanuni şəkildə gəlmiş, lakin ölkəmiz üçün təhlükə yaradan və əvvəldən buraxılmamalı olan bir çox şəxsin vizalarını ləğv edib”, – deyə, Levit bildirib.

Ağ Ev rəsmisi bu addımın ABŞ-nin milli təhlükəsizlik strategiyasının bir hissəsi olduğunu vurğulayıb.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?