Bu gün

Ərdoğan İrana gedəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrana səfər edəcək.

Təhlil.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında bildirib. O, hazırda Türkiyə prezidentinin Tehrana səfərinin tarixinin müəyyənləşdirilməsi üzərində iş aparıldığını bildirib.

"Səfər prinsipcə razılaşdırılıb. Həmkarlarım dəqiq tarixi müzakirə edirlər", - Bəqayi bildirib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bir gün əvvəl Tehrana səfər edərək iranlı həmkarı Abbas Əraqçi, Parlament sədri Məhəmməd Baqir Qalibaf və Prezident Məsud Pezeşkianla danışıqlar aparıb.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?