Bu gün

Kallas: Ukraynanı mümkün qədər güclü etməliyik

Aİ-nin ali nümayəndəsi Kaya Kallas bildirib ki, Rusiya sülh istəmir və buna görə Ukraynanın gücləndirilməsi əsas prioritetdir.

Təhlil.az xəbər verir ki, o, Aİ müdafiə nazirlərinin bugünkü toplantısında iki məsələni müzakirə edəcəklərini deyib:

Ukraynanın daha çox dəstəklənməsi;
Avropanın müdafiə qabiliyyətinin artırılması.

Kallas ABŞ-Ukrayna danışıqlarının “çətin, lakin məhsuldar” olduğunu bildirib və nəticələrin hələ açıqlanmadığını vurğulayıb.

Diplomat deyib ki, ABŞ-da Ukrayna nümayəndələri tək idi. “Avropalılarla birgə olsaydılar, daha güclü olardılar”. Aİ Ukraynanın mövqeyini gücləndirmək üçün iki əsas addım atır:

Rusiyaya əlavə sanksiyalar və “təzminat krediti” təzyiqi;
Ukraynaya hərbi, maliyyə və humanitar dəstəyin artırılması.

Kallas əlavə edib ki, Aİ ölkələri riskləri bölüşməyə hazırdır və “dekabrda Şuranı Ukraynaya maliyyə dəstəyi ilə bağlı nəticə əldə olunmadan tərk etməyəcəyik”.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?