Bu gün
Ər-Riyad və Tehran arasında normallaşma prosesi davam edir

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildiirb ki, Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini Əl-Satinin İrana səfəri Ər-Riyad və Tehran arasında normallaşma prosesinin davamıdır.
Təhlil.az-ın məlumatına görə, o qeyd edib ki, tərəflər ikitərəfli münasibətləri, eləcə də regional inkişafları, xüsusən də Qəzza zolağı, Livan və Suriyadakı hadisələri müzakirə ediblər.
Bəqayinin sözlərinə görə, danışıqlar zamanı tərəflər Yaxın Şərqdə sabitliyi gücləndirmək üçün regional əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.