Bu gün

ABŞ Maduroya ultimatum verdi: Ya get, ya da ölkəni tərk et

Venesuelada mümkün quru əməliyyatlarına hazırlaşan Vaşinqton, Nikolas Maduro rejimi ilə çoxdan gözlənilən telefon danışığı aparıb. Təhlil.az "New York Times" qəzetinə istinadla xəbər verir ki, ötən həftə baş tutan dialoq tez bir zamanda qızğın mövqe mübadiləsinə çevrilib.

ABŞ Maduroya birbaşa və birmənalı tələb irəli sürüb: O, həyat yoldaşı Siliya Flores və oğlu yalnız dərhal ölkəni tərk etdikləri təqdirdə təhlükəsiz keçid əldə edəcəklər. Vaşinqtonun əsas mesajı belə idi: "Özünüzü və yaxınlarınızı xilas edə bilərsiniz, amma indi ölkəni tərk etməlisiniz".

Lakin danışıqlar dalana dirəndi. Maduro rejimi fərqli bir seçim təklif etdi: siyasi hakimiyyəti müxalifətə təhvil vermək, lakin silahlı qüvvələrə nəzarəti saxlamaq. Bu isə ABŞ-nin qəbuledilməz hesab etdiyi bir addımdır. Mənbələr görüşü "gərgin, lakin nəticəsiz" və mövqelərdəki uçurumu fundamental kimi təsvir etdilər. Bu arada, Venesuela ətrafındakı vəziyyət son dərəcə gərgin olaraq qalır və ABŞ hərbi vəziyyət də daxil olmaqla, Karakasa təzyiq göstərmək üçün mümkün ssenariləri müzakirə etməyə davam edir.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?