Bu gün
Hava şəraitinə görə 8 minə yaxın uçuş gecikdi və ləğv edildi

ABŞ-də əlverişsiz hava şəraiti genişmiqyaslı aviasiya problemlərinə yol açıb.
Təhlil.az xəbər verir ki, ötən gün ölkə üzrə 7460 uçuş təxirə salınıb, daha 664 uçuş isə tam ləğv edilib.
Ən çox gecikmə və ləğvlər Boston (Massaçusets), Detroyt (Miçiqan), Minneapolis (Minnesota), Nyu-York, Çikaqo və İllinoys ştatlarının hava limanlarında qeydə alınıb.
Qeyd olunur ki, hava şəraitinin yaxın saatlarda da aviasiya sektorunda çətinliklər yaratmaq ehtimalı yüksəkdir.
29 noyabr
29 noyabr