Ukrayna Zelenski və Tramp arasında şəxsi əlaqənin saxlanılmasını vacib sayır

Ukrayna və ABŞ nümayəndə heyətlərinin Floridada keçirdiyi görüşdən sonra sülh razılaşmasına dair növbəti danışıqların yeri və vaxtı hələ müəyyən edilməyib.
Təhlil.az xəbər verir ki, Ukrayna tərəfinin açıqlamasına əsasən, görüşlərin ardıcıllığının qeyri-müəyyən qalması işgüzar əlaqələrin dayanması demək deyil.
"Yəni Cenevrədə və indi Floridada görüşməyimiz aramızda işgüzar əlaqənin olmadığı anlamına gəlmir. Bu əlaqələr davam edir," – deyə məlumatda qeyd olunub.
Bununla yanaşı, Ukrayna nümayəndə heyəti görüş zamanı Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp arasında şəxsi əlaqənin qorunmasının vacibliyini vurğulayıb. Bildirilib ki, bu əlaqə iki ölkə arasında ən yüksək səviyyədə növbəti addımların müəyyən edilməsində həlledici rol oynaya bilər.