Bu gün
Uitkoff sabah Putinlə görüşəcək?

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və Ağ Evin yüksəksəviyyəli müşaviri Cared Kuşner bu gün Moskvaya səfər edəcəklər.
Təhlil.az xəbər verir ki, səfər çərçivəsində Uitkoffun sabah Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyi gözlənilir.
Xatırladaq ki, ötən gün Mayamidə baş tutan görüşdə ABŞ-nin Ukrayna münaqişəsinin həlli ilə bağlı təklif etdiyi “sülh planı” müzakirə olunub. Görüşdə ABŞ tərəfdən Dövlət katibi Marko Rubio, Stiven Uitkoff və Cared Kuşner, Ukrayna tərəfdən isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustam Umerovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.
29 noyabr
29 noyabr
29 noyabr