Bu gün

Zelenski gedir, Zalujnı gəlir?

Ukrayna hökumətində davam edən korrupsiya qalmaqalı fonunda Prezident Volodimir Zelenskinin yerini tuta biləcək şəxsin adı gündəmə gəlib.

Təhlil.az xəbər verir ki, Britaniyanın "The Sunday Times" qəzetinin məlumatına görə, Qərbdə Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnının mümkün növbəti prezident ola biləcəyi barədə ehtimallar artır.

Qəzet yazır ki, ictimaiyyət Zalujnının 2024-cü ildə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən azad edilməsini, Zelenskinin siyasi rəqibini kənarlaşdırmaq cəhdi kimi dəyərləndirir.

Hazırda Qərbdə siyasi dairələrdə Zalujnının Ukraynada gələcək prezidentlik üçün potensial namizəd kimi dəyərləndirildiyi bildirilir.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?