Bu gün
ABŞ–Venesuela gərginliyi: Vaşinqton Madurodan dərhal istefa istəyir

ABŞ və Venesuela arasında bundan əvvəl aparılan qeyri-rəsmi danışıqlarda Venesuela Prezidenti Nikolas Maduro ABŞ nümayəndələrinə istefaya hazır olduğunu bildirib.
Təhlil.az xəbər verir ki, lakin Maduro bu addımın ən azı 18 ay sonra baş verə biləcəyini söyləyib.
"The New York Times"ın məlumatına görə, Ağ Ev yalnız Venesuela liderinin dərhal istefasını nəzərdə tutan planı dəstəkləməyə hazırdır.
Nəşrin yazdığına əsasən, Maduro və ABŞ Prezidenti Donald Tramp noyabrın 28-də telefonla danışıq aparıblar. Söhbət zamanı tərəflər ABŞ-də görüş ehtimalını müzakirə etsələr də, bu məsələdə razılığa gələ bilməyiblər.
29 noyabr
29 noyabr
29 noyabr