29 noyabr

Dubay 43 milyard dollarlıq nəhəng ticarət mərkəzi inşa edəcək

Dubay dünyanın ən böyük ticarət mərkəzini tikməyi planlaşdırır.

Təhlil.az xəbər verir ki, "Dubai Square Mall" adlandırılacaq layihənin dəyəri təxminən 43 milyard dollar olacaq.

Məlumata görə, yeni kompleks Dubayın mövcud mərkəzindən üç dəfə böyük ölçüyə malik olacaq. Layihədə yeni nəsil ticarət məkanları, geniş yaşıllıq zonaları, həmçinin idarəetmədən müştəri xidmətlərinə qədər süni intellektə əsaslanan texnologiyalar nəzərdə tutulub.

"Dubai Square Mall"ın üç il ərzində istifadəyə verilməsi planlaşdırılır.

Layihə tamamlandıqdan sonra dünya üzrə ən iri və texnoloji ticarət mərkəzlərindən biri olacaq.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?