Bu gün

Çinin xarici işlər naziri Rusiyaya səfər edəcək

Çinin xarici işlər naziri Vanq Yi 1-2 dekabr tarixlərində Rusiyaya səfər edəcək.

Təhlil.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq brifinqdə bildirib.

Səfər Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun dəvəti ilə baş tutacaq.

Diplomat bildirib ki, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və ÇKP Mərkəzi Komitəsinin Xarici İşlər Komissiyası Ofisinin rəhbəri Vanq Yi 1-2 dekabr tarixlərində strateji təhlükəsizlik məsələləri üzrə Rusiya-Çin məsləhətləşmələrinin 20-ci raundunu keçirmək üçün Rusiyaya səfər edəcək.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?