Bu gün
Ermənistanda hərbçilər özləri basdırdıqları minaya düşdülər

Ermənistan ordusunun iki müqaviləli hərbçisi Vardenis rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minaya düşərək xəsarət alıb.
Təhlil.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi yerli mətbuata açıqlamasında məlumatı təsdiqləyib.
"Onlar xidməti vəzifələrini yerinə yetirərkən deyil, xidmətə aid olmayan şəraitdə xəsarət alıblar. Yaralananların həyatları təhlükədə deyil. Digər halların aydınlaşdırılması üçün müvafiq orqanlar tərəfindən araşdırmalar aparılır", - Ermənistan MN-dən bildirilib.
Bu gün