Bu gün

Xameneyi: "ABŞ Ukrayna müharibəsini alovlandırıb"

İranın Ali Lideri Əli Xameneyi Rusiya–Ukrayna müharibəsi ilə bağlı Vaşinqtonu kəskin tənqid edib.

Təhlil.az xəbər verir ki, o, ABŞ-nin “Ukraynadakı münaqişəni alovlandırdığını” iddia edib.

Xameneyinin sözlərinə görə, ABŞ administrasiyası Ukrayna böhranını qısa müddətdə həll edəcəyini desə də, bunun əksinə olaraq münaqişənin daha da uzanmasına səbəb olub:

“Hazırkı Amerika prezidenti münaqişəni üç günə həll edəcəyini söylədi. Təxminən bir il keçdi və indi o, bu münaqişəyə sürüklədiyi ölkəyə 28 maddəlik plan tətbiq edir”, – deyə İran lideri bildirib.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?