Bu gün

“3+3” formatı: tarix və məkan hələ razılaşdırılmayıb

Ermənistan Xarici İşlər Nazirliyi bildirib ki, “3+3” regional əməkdaşlıq platforması çərçivəsində növbəti görüşün tarixi və yeri hələ müəyyən edilməyib.

Təhlil.az xəbər verir ki, qurumun bəyanatına əsasən, görüşün təşkili bir neçə aydır müzakirə edilir və iştirakçı dövlətlər toplantının İrəvanda və ya Bakıda keçirilməsi variantlarını nəzərdən keçirirlər.

Nazirlik xatırladıb ki, əvvəlki görüşdən sonra platformanın iştirakçıları qarşılıqlı anlaşmaya əsasən növbəti iki görüşü İrəvan və Bakı şəhərlərində keçirmək barədə razılığa gəliblər. Bu çərçivədə növbəti görüşün tarixi və məkanı diplomatik kanallar vasitəsilə razılaşdırılmalıdır.

“Bu baxımdan konstruktiv müzakirələr davam edir”, – deyə Ermənistan Xarici İşlər Nazirliyi əlavə edib.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?