28 noyabr

Tramp: “Sığınacaq üçün gələnlərin hamısını deportasiya edəcəyik”

Tramp ABŞ-yə sığınacaq üçün gəlmiş bütün əcnəbiləri ölkədən çıxaracağını vəd edib. 

Təhlil.az xəbər verir ki, Tramp deyib: "Söhbət sığınacaqdan gedir, onlar uçub gələndə, hər nə qədər də onları çıxarmaq istəsəniz, bunu etmək çox çətindir. Lakin biz onların hamısını çıxaracağıq".

O, ABŞ-nin ölkəyə gəlib burada qalan insanlara nəzarət etdiyini vurğulayıb.

"Əslində, onlar bizə lazım deyil", - deyə ABŞ lideri qeyd edib.

Tramp əlavə edib ki, əcnəbilər qanunsuz gəlirlər, onlara öz ölkələrində də ehtiyac yoxdur.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?