Bu gün
Honkonqdakı yanğında ölənlərin sayı 90-ı keçdi

Çinin Honkonq xüsusi inzibati ərazisində yaşayış kompleksindəki yanğında ölənlərin sayı 94-ə yüksəlib.
Təhlil.az xəbər verir ki, hazırda ərazidə axtarış-xilasetmə işləri davam edir.
Xatırladaq ki, noyabrın 26-da günorta saatlarında dünyanın ən sıx məskunlaşan və ən çox hündür binaların yerləşdiyi şəhərlərdən olan Honkonqun Tay Po rayonundakı 8 binadan və təxminən 2 min mənzildən ibarət yaşayış kompleksində yanğın başlayıb. Yanğının binaların üzlüyünün yenilənməsi üçün istifadə olunan bambuk ayaqaltılarında başladığı və güclü küləyin təsiri ilə sürətlə yayıldığı bildirilir.
Bu gün