Bu gün

Şeynbaum və Trampın görüşü gələn həftə baş tuta bilər

Meksika Prezidenti Klaudiya Şeynbaum gələn həftə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşə biləcəyini açıqlayıb.

Təhlil.az xəbər verir ki, onun mətbuat konfransında açıqlamasına görə, görüş ehtimalı 2026-cı il Dünya Kubokunun püşkatma mərasimi ilə bağlıdır və püşkatma tədbiri gələn həftə Vaşinqtonda keçiriləcək. 

Şeynbaum qeyd edib ki, ABŞ Prezidenti və Kanadanın Baş naziri Mark Karninin 5 dekabr püşkatma mərasimində iştirakını təsdiqləyəcəyini gözlədikdən sonra özü səfərlə bağlı qərar verəcək:

“Qərar hələ verilməyib. Mən son vaxtlar Prezident Trampla danışmamışam. Görüşün baş tutub-tutmayacağını yaxın günlərdə biləcəyik”.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?