Dünən

“Xəzər dənizi – Qara dəniz” beynəlxalq nəqliyyat marşrutu üzrə saziş 2025-ci ilin dekabrında imzalanacaq

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili bildirib ki, Azərbaycan, Gürcüstan, Türkmənistan və Rumıniya arasında yeni beynəlxalq nəqliyyat marşrutu (MTM) haqqında sazişin gələn ilin dekabrında imzalanması planlaşdırılır.

Təhlil.az xəbər verir ki, layihə Xəzər bölgəsi ilə Aİ arasında yeni multimodal körpü yaradacaq.

Marşrut logistika zəncirlərinin davamlılığını artıracaq və alternativ çıxış yolları formalaşdıracaq.

Bakı–Tbilisi–Qars xəttinin tam gücdə işə düşməsi Azərbaycan, Gürcüstan və Türkiyə arasında fasiləsiz əlaqəni təmin edəcək və bütün marşrutun effektivliyini yüksəldəcək.

Regionun nəqliyyat inteqrasiyasında yeni mərhələyə hazırlıq gedir.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?