Dünən

Rusiya Ali Məhkəməsi Navalnının fondunu terror təşkilatı elan edib

Rusiya Ali Məhkəməsi Baş Prokurorluğun iddiasını təmin edərək Aleksey Navalnının yaratdığı Korrupsiya ilə Mübarizə Fondunu (FBK) terror təşkilatı kimi tanıyıb.

Təhlil.az xəbər verir ki, qərar dərhal icra olunacaq.

FBK bundan əvvəl də “ekstremist təşkilat” və “xarici agent” kimi tanınmış, fəaliyyəti Rusiyada qadağan edilmişdi.

Aleksey Navalnı 2011-ci ildə yaratdığı fondun rəhbəri idi. O, 2024-cü ilin fevralında cəzaçəkmə müəssisəsində vəfat edib.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?