Dünən
Latviya Rusiyaya aparan dəmir yolu xətlərini sökəcək?

Latviya Rusiyaya aparan dəmir yolu xətlərinin tamamilə sökülməsini nəzərdən keçirir.
Təhlil.az xəbər verir ki, Latviya prezidenti Edqars Rinkeviçsin sözlərinə görə, dəmir yolu xəttinin sökülməsi ilə bağlı daha dəqiq məlumat 2026-cı ilin əvvəlində gözlənilir.
Milli müdafiə və təhlükəsizliyin gücləndirilməsi üçün heç bir variantı istisna edə bilmərik, lakin bu cür qərarlar işin müddəti və əhatə dairəsi, eləcə də onların müxtəlif sosial-iqtisadi aspektlərə təsirinin qiymətləndirilməsi nəzərə alınmaqla qəbul edilməlidir", - deyə Latviya prezidenti bildirib.