Dünən

Gürcüstan XİN başçısı Aİ-nin qərararı barədə nikbindir

Gürcüstanın xarici işlər naziri ümid edir ki, Avropa İttifaqı ölkəsinin vətəndaşları üçün vizasız səyahəti ləğv etməyəcək. Təhlil.az xəbər verir ki, o deyib:

“Mən hələ də ümid edirəm ki, Avropa İttifaqı fikrini dəyişəcək və Gürcüstan vətəndaşlarını cəzalandırmayacaq. Lakin, mövcud Avropa bürokratiyası nəzərə alınmaqla, bu qədər irrasional qərarlar gördüyümüz zaman rasional qərarlara ümid etmək çox çətindir. Bunu deyən tək biz deyilik. Çoxları yazır ki, Aİ-nin xarici xidməti Avropa maraqlarını qorumağa yönəlməyib".

Maka Boçorişvili “Birinci kanal”a verdiyi açıqlamada bildirib ki, Gürcüstan Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin dinamikasını müsbət qiymətləndirir. Nazirin sözlərinə görə, bu proses regionda sülh, sabitlik və inkişaf üçün vacibdir və regionun Orta Dəhlizdəki rolunu daha da gücləndirəcək. Boçorişvili qeyd edib ki, Tbilisi baş verən hadisələri diqqətlə izləyir və həm Azərbaycan, həm də Ermənistanla sıx əlaqələr saxlayır.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?