Dünən

Fransa Prezidenti Çinə səfər edəcək

Fransa Prezident Emmanuel Makron 3-5 dekabr tarixlərində Çinə dövlət səfəri edəcək. Təhlil.az xəbər verir ki, o, əvvəlcə Pekinə, daha sonra isə ölkənin cənub-qərbindəki Çendu şəhərinə yollanacaq. Yelisey Sarayı bildirir ki, bu, onun 2023-cü ilin aprel ayından bəri Çinə ilk səfəri olacaq və səfərdə "Fransa ilə Çin arasında strateji tərəfdaşlığın əsas məsələləri, eləcə də bir sıra vacib beynəlxalq məsələlər və müasir qlobal problemlərin həlli üçün əməkdaşlıq sahələri müzakirə olunacaq". Makronun, xüsusən də Fransanın G7 sədrliyi ərəfəsində iqtisadi və ticarət məsələlərinə diqqət yetirməsi gözlənilir.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?