Dünən

Peter Siyartonun təyyarəsinin Bosniya və Herseqovinaya enməsinə icazə verilməyib

Bosniya və Herseqovinanın müdafiə naziri Zukan Helez Macarıstan XİN başçısı Peter Siyartonun təyyarəsinin Banja Luka hava limanına enməsinə icazə verməyib.

Təhlil.az xəbər verir ki, Zukan Helez bu barədə “Facebook”da məlumat verib.

Helez izah edib ki, bu qərar Viktor Orbanın hökumətinin həbsdə olan Serb Respublikasının (RS) keçmiş prezidenti Milorad Dodikə və onun Bosniya və Herseqovinanı parçalamağa yönəlmiş siyasətinə verdiyi dəstəyə cavabdır.

Helez yazıb ki, Macarıstan tərəfi həmçinin xarici işlər nazirinin niyə hərbi təyyarə ilə gəldiyini dəqiq izah edə bilməyib.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?