Dünən

İKZF-nin kredit portfeli azaldı, istiqrazlarla cəlb olunan vəsait isə artdı

Bu ilin yanvar-oktyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 371,3 milyon manat kredit verilib.

Təhlil.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,1% azdır.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 7,3% azalaraq 351 milyon manat olub.

İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 22,2% artaraq 550 milyon manata çatıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 2,7% azalaraq 63,9 milyon manata düşüb.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?