Dünən

ABŞ-də Trampa qarşı bütün cinayət işlərinə xitam verildi

Corciya ştatının Fulton dairə məhkəməsi ABŞ Prezidenti Donald Tramp və onun komandasına qarşı 2020-ci il prezident seçkisinin nəticələrinə etiraz cəhdləri ilə bağlı açılmış cinayət işini rəsmən dayandırıb.

Təhlil.az xəbər verir ki, məhkəmə prokurorun müraciətini təmin edərək Trampa qarşı əvvəl irəli sürülmüş bütün ittihamların, o cümlədən saxtakarlıq, dövlət məmurunu vəzifə andını pozmağa təhrik etmə cəhdi, həmçinin mütəşəkkil cinayətkarlıqla mübarizə qanununu pozma ittihamlarının rədd edilməsinə qərar verib.

Bu qərarla birlikdə ABŞ-də hazırda Donald Trampa qarşı açıq vəziyyətdə qalan heç bir cinayət işi qalmadığı təsdiqlənib.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?