Dünən

Nigeriyada təhlükəsizliklə bağlı fövqəladə vəziyyət elan edilib

Nigeriya Prezidenti Bola Tinubu ölkədə artan hücumlar və insan oğurluqları səbəbilə təhlükəsizlik sahəsində fövqəladə vəziyyət rejimi elan edib.

Təhlil.az xəbər verir ki, dövlət başçısı polis və silahlı qüvvələrə qeyri-sabitliklə mübarizəni gücləndirmək üçün əlavə şəxsi heyətin toplanması barədə göstəriş verib. Yeni qərara əsasən, təhlükəsizlik strukturlarına daha 20 min nəfərin cəlb olunması nəzərdə tutulur.

Bununla da ümumi şəxsi heyətin sayının 50 minə çatdırılması planlaşdırılır.

Tinubu bildirib ki, hökumət ölkədə artan təhlükəsizlik təhdidlərinə qarşı daha sərt və operativ tədbirlər görəcək.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?