Dünən

Papa XIV Leo çoxarvadlılığı rəsmi olaraq qadağan etdi

Papa XIV Leo Roma Kuriyasının yeni qaydasını təsdiqləyərək katolikləri ömürlük monoqam nikaha sadiq olmağa çağırıb.

Təhlil.az xəbər verir ki, sənəd Vatikanın rəsmi saytında dərc olunub.

Yeni fərmanda Vatikan xüsusilə Afrikada, o cümlədən Katolik Kilsəsinin bəzi icmaları arasında müşahidə olunan çoxarvadlılıq təcrübəsinə qəti şəkildə qarşı çıxdığını bildirib. Qeyd olunur ki, nikah kişi və qadın arasında bir dəfə bağlanan, ömürlük məsuliyyət və sədaqət tələb edən münasibətdir.

Sənəddə vurğulanır: “Hər bir əsl nikah iki şəxsdən ibarət olan və o qədər yaxın, hərtərəfli münasibət tələb edən bir vəhdətdir ki, onu başqaları ilə bölmək mümkün deyil.”

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?