Dünən

ABŞ Cənubi Afrikaya bütün ödənişləri dayandırır

ABŞ Prezidenti Donald Tramp Cənubi Afrika Respublikasına (CAR) göstərilən bütün ödəniş və subsidiyaların dayandırıldığını açıqlayıb.

Təhlil.az xəbər verir ki, o bu barədə “Truth” sosial media platformasında yazıb.

O bildirib ki, ABŞ bu il CAR-da keçirilən G20 Sammitində iştirak etməyib.

Onun sözlərinə görə, daha sonra Cənubi Afrika sammitin bağlanış mərasimində G20 Prezidentliyini ABŞ səfirliyinin nümayəndəsinə təhvil verməkdən imtina edib.

“Buna görə də mənim göstərişimlə Cənubi Afrika gələn il Florida ştatının Mayami şəhərində keçiriləcək G20 Sammitinə dəvət almayacaq. Cənubi Afrika dünyaya heç bir yerdə üzvlüyə layiq olmadığını göstərdi. Biz onlara edilən bütün ödənişləri və subsidiyaları dərhal dayandıracağıq”, – deyə, Tramp qeyd edib.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?