Dünən
Almaniya kansleri: “Rusiya hücumları dayandırsa, müharibə dərhal bitər”

Almaniya kansleri Fridrix Merz Ukrayna müharibəsinin gedişatı ilə bağlı açıqlama verib.
Təhlil.az xəbər verir ki, kanslerin sözlərinə görə, Rusiya hücumlarını dayandırıb qoşunlarını geri çəkəcəyi təqdirdə müharibə “dərhal bitə bilər”.
Merz həmçinin ABŞ Prezidenti Donald Trampın sülh təşəbbüslərini dəstəklədiklərini vurğulayıb, lakin Avropanın bu prosesdə “müstəqil oyunçu” olaraq qalacağını qeyd edib.
Kansler əlavə edib ki, Almaniya Ukraynaya yardımı davam etdirəcək və 2026-cı il büdcəsində də Kiyevə dəstək “çox yüksək səviyyədə” nəzərdə tutulub.