Salome Zurabişvili: Aİ reaksiya verməməsi səbəbindən Gürcüstanı itirir

Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili “FRANCE 24”ə verdiyi müsahibədə ölkədəki hadisələr fonunda Avropa Birliyini hərəkətsizliyinə görə kəskin tənqid edib.
Təhlil.az xəbər verir ki, onun sözlərinə görə, Avropa və Amerika diplomatlarına qarşı “birbaşa hücumlar”a baxmayaraq, Aİ dörd ildir ki, heç bir cavab addımı atmayıb.
O bildirib ki, "Gürcüstanda qorxu atmosferi hökm sürür, lakin insanlar hələ də Aİ bayrağını qaldırırlar və sona qədər bunu etməyə davam edəcəklər".
Zurabişvili ölkəni "daha yaxşı Avropa günlərinin" gözlədiyinə nikbinlik və əminlik ifadə edib.
Qarşıdan gələn seçkilərdən danışan keçmiş prezident müxalifətin sadəlövh olmayacağını və təbliğat və potensial saxtakarlığa qarşı mübarizədə Qərb tərəfdaşlarından daha çox dəstək tələb etmək niyyətində olduğunu vurğulayıb.