Bu gün

WSJ: Maduro hakimiyyətdən getməkdən imtina edir

"Wall Street Journal" qəzetinin məlumatına görə, Maduro sürgünü Venesuelada qalmaqdan daha təhlükəli hesab edərək hakimiyyətdən getməkdən imtina edir.

Təhlil.az xəbər verir ki, nəşrə görə, diktatorların gizli İsveçrə bank hesablarında sərvət toplayaraq şərəfli sürgündə yaşaya biləcəyi günlər, ilk növbədə, insan hüquqlarının pozulmasının araşdırılması və qanunsuz yolla əldə edilmiş aktivlərin izlənməsi üçün qlobal mexanizmlər sayəsində demək olar ki, geridə qalıb.

WSJ-nin istinad etdiyi analitiklərə görə, Maduro uzunmüddətli əfvə inanmır, özünü yalnız on ilini birlikdə keçirdiyi sadiq hərbçilər arasında təhlükəsiz hiss edir.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?