Fon der Lyayen: Ukrayna və Avropanın təhlükəsizliyi uzunmüddətli şəkildə qorunmalıdır

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bildirib ki, Ukraynanın və bütövlükdə Avropanın təhlükəsizliyi uzunmüddətli və dayanıqlı şəkildə təmin olunmalıdır.
Təhlil.az xəbər verir ki, o, Cenevrədə Avropa ölkələri, ABŞ və Ukrayna ilə aparılan danışıqların “artıq real başlanğıc nöqtəsi” yaratdığını vurğulayıb.
Fon der Lyayenin əsas mesajları:
Sülh sazişi güclü təhlükəsizlik təminatlarını əhatə etməlidir;
Ukraynanın suverenliyi və sərhədləri toxunulmazdır;
“Ukrayna öz gələcəyini seçmək hüququna malikdir və seçimini edib – Avropa yolu”;
2026–2027-ci illər üçün Kiyevin maliyyə ehtiyacları təmin olunmalıdır.
Avropa Komissiyası bununla bağlı sənəd hazırlayıb və burada dondurulmuş Rusiya aktivlərindən istifadə variantları da yer alır.
Fon der Lyayen sonda Avropanın Ukraynanın yanında olacağını və təhlükəsizliyin uzunmüddətli şəkildə qorunmasının əsas prioritet olduğunu qeyd edib.