26 noyabr

Mnatsakan Safaryan: KTMT-dən çıxmaq Ermənistan XİN-in gündəliyində deyil

Milli Məclisdə keçirilən brifinqdə Ermənistan xarici işlər nazirinin müavini bildirib ki, Ermənistanın KTMT-də iştirak formatı elan edilib. Təhlil.az-ın məlumatına görə, müavin bildirib ki, formata uyğun olaraq Ermənistan sammitdə iştirak etməyəcək, lakin qərarların və ya sənədlərin qəbul edilməsinə də mane olmayacaq. 

"Bu mərhələdə siyasətimiz belədir. Ermənistan xarici siyasətini öz maraqlarına əsaslanaraq, dəyişən vəziyyətə uyğun olaraq həyata keçirir və həm şaxələndirmə, həm də barışıq siyasəti elan edilib. Ermənistan qərarlar qəbul edir. Əlavə məlumatımız olarsa, sizə bildirəcəyik", - deyə o qeyd edib.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?