26 noyabr
Ukrayna sülh planında üç qırmızı xətti göstərdi

ABŞ tərəfindən təqdim edilmiş sülh planında ən azı üç bənd var ki, bunlar Ukrayna üçün qırmızı xətt hesab olunur və danışıqların irəliləməsinə mane ola bilər.
Təhlil.az xəbər verir ki, söhbət İlk növbədə Donbas ərazilərinin, o cümlədən Ukraynanın "istehkamlar zolağı" adlanan ərazilərinin Rusiyaya verilməsi ilə bağlı həssas məsələdən gedir. Digər bənd Ukrayna Silahlı Qüvvələrinin sayının məhdudlaşdırılması ilə bağlı mübahisəli təklifdir. Ukraynanın NATO-ya üzvlükdən imtina etməsi tələbi də qəbuledilməzdir. Bu güzəşt pis presedent yaradacaq və Rusiyanın əlinə hərbi bloka qarşı veto hüququ verəcək.