26 noyabr

“Amazon”da vergi qalmaqalı

Qlobal iqtisadi nəhəng qanunsuz sxemlərdə ittiham olunur və bu, ilk dəfə deyil. Polis saxtakarlıq şübhəsi ilə İtaliyadakı “Amazon” anbarlarına basqın edib.

Təhlil.az-ın məlumatına görə, prokurorlar hesab edirlər ki, şirkət Çindən ölkəyə gömrük rüsumları və vergiləri ödəmədən mal idxal edib. Nəticədə, İtaliya büdcəsi yüz milyonlarla avro itirə bilər.

Bu iş ümumavropa xarakterlidir. “Amazon”a qarşı məhkəmə prosesləri bir neçə ildir ki, bəzi ölkələrdə davam edir. Lakin şirkət rəhbərliyi qurumun fırıldaqçılıq, qaçaqmalçılıq və digər qanun pozuntularına görə məsuliyyətə cəlb edilməsi və ya dialoq aparılması cəhdlərinə etinasız yanaşır. Görünür, şirkət razılaşma əldə etmək üçün kifayət qədər maraqlı deyil.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?