26 noyabr
Ukrayna üzrə sülh planı 28 maddədən 22-yə endirilib

ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həllinə dair Vaşinqtonun təqdim etdiyi sənədlə bağlı yeni açıqlama verib.
Təhlil.az xəbər verir ki, Tramp bu barədə açıqlamasında əvvəl 28 bənddən ibarət olan planın 22 maddəyə qədər ixtisar edildiyini bildirib.
Onun sözlərinə görə, əvvəlki sənəd “tam hazırlanmış plan yox, yalnız ümumi sxem və konsepsiya” xarakteri daşıyıb.
ABŞ Prezidenti əlavə edib ki, plan üzərində iş davam etdirilir və tərəflərin razılaşması üçün daha yığcam və işlək çərçivə formalaşdırılır.