Ərdoğan: “Rusiya–Ukrayna danışıqları yenidən İstanbulda baş tuta bilər”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “İstəklilər Koalisiyası”nın videokonfrans formatındakı sammitində Ukrayna–Rusiya müharibəsi və sülh təşəbbüsləri ilə bağlı mövqeyini açıqlayıb.
Təhlil.az xəbər verir ki, 35 ölkənin nümayəndəsinin iştirakı ilə keçirilən görüşdə əsas müzakirə mövzuları döyüşlərin dayandırılması, təhlükəsizlik təşəbbüsləri və diplomatik proseslərin gələcəyi olub.
Türkiyə prezidenti bildirib ki, Ankara həm Moskva, həm də Kiyevlə aktiv təmaslarını davam etdirir:
“Rusiya–Ukrayna danışıqlarının yenidən İstanbulda keçirilməsi mümkündür. Türkiyə ədalətli və davamlı sülh üçün səylərini artırır”.
Prezident əlavə edib ki, enerji infrastrukturu və limanları əhatə edən mümkün atəşkəs razılaşması gələcək geniş sülh müqaviləsinə yol aça bilər.