26 noyabr
Zelenski: “Müharibə davam edir, Ukraynaya hər gün müdafiə dəstəyi lazımdır”

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ordusunun Ukrayna şəhərlərinə və enerji infrastrukturlarına gündəlik hücumları davam edir və müharibə hələ bitməyib.
Təhlil.az xəbər verir ki, o, “İstəkli ölkələr koalisiyası”nın iclasında çıxışı zamanı tərəfdaş ölkələrə çağırış edərək deyib: “Diplomatik səylər sürür, amma heç kim unutmamalıdır ki, Ukraynaya müdafiə dəstəyi və təhlükəsizlik yardımı hər gün tələb olunur”.
Zelenski qeyd edib ki, Ukraynanın hərbi və enerji təhlükəsizliyinin təmin olunması ölkə üçün ən prioritet məsələlər sırasında qalır.