26 noyabr

Tramp sülh planını Putinə göndərir

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə sülh danışıqlarını irəlilətmək üçün xüsusi nümayəndəsi Stiv Uitkoffa Moskvaya səfər etməyi tapşırıb.

Təhlil.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında məlumat verib.

Onun sözlərinə görə, Uitkoff Moskvada Putinlə görüşəcək və Vaşinqtonun təklif etdiyi sülh sazişi planını təqdim edəcək:

“Sülh planı üzərində işin tamamlanacağına ümidlə xüsusi elçim Stiv Uitkoffa Moskvada prezident Putinlə görüşməyi tapşırdım,” – Tramp bildirib.

ABŞ lideri əlavə edib ki, paralel olaraq ABŞ-nin ordu naziri Den Driskoll Ukrayna tərəfi ilə görüş keçirəcək.

Tramp qeyd edib ki, sülh müqaviləsi üzrə cəmi bir neçə mübahisəli bənd qalıb və sənəd həm Kiyev, həm də Moskva ilə aparılan dialoqlar əsasında təkmilləşdirilib:

“Mən yaxın vaxtlarda Volodimir Zelenski və Vladimir Putinlə görüşməyi səbirsizliklə gözləyirəm. Təbii ki, bu müharibənin dayandırılmasına dair razılaşma yekunlaşanda və ya son mərhələyə çatanda,” – deyə Tramp vurğulayıb.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?