Bu gün
Rumıniya Rusiya dronlarını izləmək üçün qırıcıları havaya qaldırıb

Rumıniya hava məkanına daxil olan Rusiya dronlarının qarşısını almaq üçün ölkənin hava qüvvələri “Eurofighter” və “F-16” qırıcılarını havaya qaldırıb.
Təhlil.az “Reuters”in məlumatına istinadla xəbər verir ki, dronlardan biri Rumıniya ərazisinin dərinliklərinə doğru uçmağa davam edir. Qırıcılar dronların izlənməsi və zərərsizləşdirilməsi üçün istifadə olunur.
Xatırladaq ki, ötən gecə Rusiyanın Ukraynaya yönəltdiyi hücumlar zamanı 4 dron Rumıniya və Moldova ərazisinə keçib.