Bu gün
Türkiyədə BƏƏ kəşfiyyatına bağlı şəbəkə zərərsizləşdirilib

İstanbul Baş Prokurorluğu, Terrorla Mübarizə Şöbəsi və MİT-in birgə əməliyyatı nəticəsində BƏƏ kəşfiyyat xidmətinə bağlı casusluq şəbəkəsi ifşa edilib.
Təhlil.az xəbər verir ki, şəbəkə Türkiyədəki bir mobil operatordan əldə etdikləri nömrə ilə saxta profillər yaradaraq müdafiə sənayesində rəhbər şəxslər, XİN-ə məxsus bir telefon və xarici rəsmilərlə əlaqədə olan şəxslər barədə məlumat toplamağa çalışıb.
İstintaq çərçivəsində 4 şübhəli müəyyən edilib. Əməliyyatda 3 nəfər saxlanılıb, ölkə xaricində olan 1 şəxs barəsində isə həbs qərarı verilib.