Bu gün
Makron Ukrayna üçün gələcək “çəkindirici qüvvələr” missiyasının detalları açıqladı

Fransa prezidenti Emmanuel Makron deyib ki, sülh müqaviləsi imzalandıqdan sonra — müharibə bitdikdən sonra — Ukraynanın bir sıra şəhərlərində “çəkindirici qüvvələr” yerləşdirilə bilər. Təhlil.az xəbər verir ki, söhbət ön xətdən uzaq zonalardan gedir: Kiyev, Odessa və digər şəhərlər.
Plan təsdiqlənərsə, bu missiyada Fransa, Böyük Britaniya və Türkiyə hərbçiləri iştirak edəcək.
Tapşırıqlar Ukrayna ordusunun hazırlanması və təhlükəsizliyin təmin olunmasından ibarət olacaq. Mexanizm NATO formatı deyil, hökmətlərarası koalisiya modeli olacaq. Makronun sözlərinə görə, təxminən 20 ölkə quru, dəniz və hava komponentləri ilə missiyaya qoşulmağa hazırdır.