Bu gün
Əraqçi yaxın günlərdə Fransaya səfər edəcək

İranın xarici işlər naziri Abbas Əraqçi yaxın günlərdə ikitərəfli danışıqlar aparmaq üçün Fransaya səfər etməyi planlaşdırır.
Təhlil.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqai məlumat verib.
O bildirib ki, Əraqçi Niderlandda keçirilən Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının (OPCW) illik iclasında iştirak etdikdən sonra Parisə yollanacaq.
Məlumata görə, səfər Fransanın xarici işlər nazirinin rəsmi dəvəti ilə baş tutacaq və gündəmdə bir sıra mühüm məsələlər olacaq.
Danışıqlar zamanı iki ölkə arasında ikitərəfli münasibətlər, regional proseslər, beynəlxalq gərginliklər və İran vətəndaşı Məhdiyə Esfəndiarinin işi müzakirə ediləcək.