Bu gün
İranda ağır avtobus qəzası: 2 ölü, 40 yaralı

Bu gün səhər saatlarında İranın Xorasan-e Rəzəvi əyalətində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Təhlil.az xəbər verir ki, Bərdəskən–Səbzvar magistralında hərəkətdə olan sərnişin avtobusu səhhərin bilinməyən səbəbdən aşıb.
Qəza nəticəsində azı iki nəfər həyatını itirib, 40 sərnişin isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə yerinə təcili tibbi yardım və xilasetmə xidmətləri cəlb olunub, yaralılar xəstəxanalara yerləşdirilib.
Qəzanın səbəbləri araşdırılır.