25 noyabr

Aİ Rusiyaya təzyiqi davam etdirəcək – Avstriya kansleri

Avstriyanın kansleri Kristian Ştoker bildirib ki, Avropa İttifaqı son günlər diplomatiyada artan fəallığa baxmayaraq, Rusiyaya təzyiqləri azaltmayacaq və Ukraynaya dəstəyi davam etdirəcək.

Təhlil.az xəbər verir ki, bu barədə Ştoker öz "Facebook" hesabında yazıb:

“Ukraynada atəşkəsə və uzunmüddətli sülhə yaxınlaşdıran bütün təşəbbüsləri alqışlayıram. Son günlər diplomatiyada yeni dinamika yaranıb. Lakin qitəmizin təhlükəsizliyi naminə həm Ukraynanın, həm də Aİ-nin danışıqlarda birbaşa iştirakı vacibdir”,- deyə o qeyd edib. 

Kansler vurğulayıb ki, Avropa İttifaqı sülh prosesində fəal mövqe saxlayacaq və Ukraynanın müdafiə qabiliyyətinə dəstəyini zəiflətməyəcək.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?