25 noyabr

Rusiyada azərbaycanlı iş adamının aktivləri müsadirə olundu

Rusiyanın Krasnodar diyarının Arbitraj Məhkəməsi azərbaycanlı iş adamı Şahlar Novruzova məxsus bir sıra aktivlərin dövlət gəliri kimi müsadirə edilməsi barədə Baş Prokurorluğun iddiasını təmin edib.

Təhlil.az xəbər verir ki, qərara əsasən “Tuapsinskiy morskoy kommerçeskiy port” (TMKP) MMC və “Predpriyatiye TMKP” MMC şirkətlərinin nizamnamə kapitalındakı 100% pay Rusiya dövlətinin mülkiyyətinə keçirilib.

Bundan əlavə, dövlət: Temryuk dəniz yükləmə terminalını, “Dar frut” MMC-yə məxsus obyektləri də öz balansına götürüb.

Qeyd edək ki, Şahlar Novruzov hazırda xüsusilə böyük məbləğdə dələduzluq ittihamı ilə saxlanılır və istintaq təcridxanasında həbsdədir.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?